Fərdi Sahibkar Tural Kərimov tərəfindən

İstehsal müəsisələrinizə nəzarəti rəqəmsal platformaya daşıyın

Müəsisələriniz üçün rəqəmsal platforma təqdim edirik, burada siz istehsal zamanı yaranacaq problemləri tam rəqəmsal formada izləyə bilərsiz

Daha geniş icmal üçün

Haqqımızda

İstehsalat avadanlıqlarının rəqəmsal əkiz texnologiyası ilə diaqnostikası

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənən kiçik və orta istehsal müəssisələrində rəqəmsal əkiz texnologiyasının tətbiqi vasitəsilə avadanlıqların effektiv idarə olunması və proqnozlaşdırıcı texniki xidmət sisteminin qurulması.

Bu texnologiya vasitəsilə biz inanırıq ki, Siz müəssisənizi daha operativ şəkildə izləyə, eyni zamanda baş vermiş bütün limit aşmaları barədə dərhal məlumat əldə edə bilərsiniz.

Bu yalnız bir veb platforma deyil, müəssisənizin rəqəmsal əkizidir. Burada istehsal gücünüzün sərhədlərini daha təhlükəsiz mühitdə test edə bilərsiniz.

KOBIA Azərbaycan Startup

Məqsədimiz

Məlumat Toplanması

Avadanlıqlardan IoT sensorları vasitəsilə real vaxt rejimində məlumatların toplanması və saxlanması.

Rəqəmsal Modelin Qurulması

Toplanmış məlumat əsasında müəssisənin rəqəmsal əkiz modelinin yaradılması və simulyasiya olunması.

Səmərəliliyin Artırılması

İstehsal proseslərinin optimallaşdırılması və avadanlıqların daha məhsuldar işləməsinin təmin olunması.

Xərclərin Azaldılması

Dayanma hallarını və lazımsız texniki xidmətləri minimuma endirməklə maliyyə xərclərinin azaldılması.

Keyfiyyətə Nəzarət

İstehsal prosesində limit aşmalarının vaxtında aşkarlanması və məhsul keyfiyyətinin qorunması.

Təhlükəsizliyin Gücləndirilməsi

Limit aşmalarını izləməklə həm istehsal, həm də işçi mühitində təhlükəsizliyin artırılması.

Əlaqə

Daha geniş məlumat almaq üçün komandamızla birgə sizin suallarınızı dinləməyə hazırıq

Layihə Rəbəri | Tural Kərimov : +994 51 528 54 31